- İstər sayt üzərindən, istər e-poçtumuza məktub göndərməklə, istərsə telefon nömrələrimizə zəng vuraraq sifarişinizi çatdırın.
- Əməkdaşlarımız sizinlə əlaqə yaratdığında sifariş məlumatlarınızı təsdiqləyin.
- Sifarişiniz üçün dizaynınız hazır deyilsə, dizaynerlərimiz tərəfindən sifarişiniz arzunuza uyğun qaydada dizayn olunur. Təsdiq etdiyiniz sifarişiniz çapa göndərilir.
- Çap məhsulunda yer almasını istədiyiniz məlumatları (ad, ünvan, loqotip və s.) e-poçtla bizə göndərirsiniz.
- Bəyəndiyiniz dizaynı təsdiq edə bilər və ya təkrar düzəlişlər istəyə bilərsiniz.
- Təsdiq etdiyiniz sifarişin məbləğinin 50%-ni əvvəlcə, qalan hissəsini isə sifarişiniz təhvil verildiyi gün ödəyirsiniz.
Siz cavabdehsiniz: Sifarişinizdəki məlumatların doğru olub-olmadığına siz cavabdehsiniz. İstər hazır dizaynı olan, istərsə bizim tərəfimizdən dizayn olunmuş sifarişlərdə məlumatlarda səhvlərin olma ehtimalı çox təbiidir. Dizayn olunmuş sifarişlər, çapa buraxılmadan əvvəl məhz səhv olub-olmadığını öyrənmək və beləliklə təsdiq etməyiniz üçün sizə göndərilir. Buna görə də sifarişinizi təsdiq etmədən əvvəl məlumatları yoxlamağınızı xahiş edirik.
Biz cavabdehik: Çap səhvlərinə və keyfiyyətsiz çapa görə “aloprint.az” cavabdehlik daşıyır. Belə hallarda əlavə ödəniş etmədən sifarişinizi təkrar çap edib ünvanınıza çatdırırıq.